İtaliya klubu 17 milyon avroya hücumçu aldı
İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Berqamo təmsilçisi “Şturm”dan (Qrats) Rasmus Hoylundu transfer edib. Bu barədə A Seriyası klubunun mətbuat xədməti məlumat yayıb.
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
“Atalanta” gənc oyunçunun transferi üçün qarşı tərəfə 17 milyon avro ödəyib. Halbuki, “Şturm” bu oyunçunu bu ilin yanvarında Danimarka “Kopenhagen”indən cəmi 1,8 milyon avroya almışdı.
Hoylund “Kopenhagen”in yetirməsidir. O, bu ilin əvvəlindən oynadığı “Şturm”da bütövlükdə 21 oyuna çıxıb, 12 qol vurub. Bu mövsüm isə sözügedən komandada 8 oyun keçirmiş gənc forvard, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Danimarkalı futbolçu ölkəsinin gənclərdən ibarət yığmasında da forma geyinir.
Bizi Facebook-da izləyin