Onu İtaliyanın 3 klubu istəyir

“Lion”un yarımmüdafiəçisi Ussem Auar karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, “Napoli” və “Roma” futbolçunun xidmətində maraqlıdır.

24 yaşlı oyunçunun Liqa 1 təmsilçisi ilə cari müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, klubu azad agent kimi tərk edə bilər.

Eyni zamanda, futbolçu ilə “Ayntraxt”, “Milan” və “Betis” də maraqlanır.

Auar 2022/23 mövsümündə “Lion”un heyətində 10 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button