İtaliya klublarında daha dörd futbolçuda koronavirus aşkarlandı

İtaliyanın “Torino” komandasının 2 futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, oyunçulardan götürülmüş analizlərin nəticəsi müsbət çıxıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.

“Sassuolo”da da koronavirusa yoluxan var. Sözügedən komandanın hücumçusu Jeremi Boqada virus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun komandanın digər üzvləri ilə kontaktda olmadığı bildirilir və hazırda ev şəraitində karantinə alınıb.

“Napoli”nin hücumçusu Andrea Petanyada da koronavirus aşkarlanıb. Onun da hazırda karantin şəraitində xüsusi nəzarətə götürüldüyü bildirilir.

Qeyd edək ki, daha əvvəl “Roma”, “Kalyari” və “Breşiya” klublarında da koronavirusa yoluxanların olduğu bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button