21 yaşlı futbolçu Milan klublarını qarşı-qarşıya gətirib

“İnter” və “Milan” Fransa klubu “Reyms”də icarə əsasında çıxış edən “Arsenal”ın futbolçusu Folarin Baloqunla maraqlanır.

Komanda.az “La Gazette dello Sport”-a istinadən xəbər verir ki, Milan şəhərinin təmsilçiləri yay transfer pəncərəsində 21 yaşlı futbolçunu transfer etmək uğrunda mübarizə aparacaq.

“Milan” ingiltərəli oyunçunu 41 yaşlı hücumçusu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi nəzərdən keçirir.

Baloqun cari mövsümdə “Reyms”in heyətində 28 oyuna çıxıb, 17 qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button