
İtaliyanın iki klubu “Bayern”in müdafiəçisi ilə maraqlanır
“Milan” və “Yuventus” “Bayern”in müdafiəçisi Kim Min Jaenin transferində maraqlıdır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, hər iki klub 28 yaşlı futbolçunun keçidi uğrunda artıq qışda mübarizəyə qoşulmağa hazırlaşır.
“Yuventus” zədələnən Qleysen Bremerin əvəzləyicisini axtarır, “Milan” isə Kim Min Jaenin namizədliyini hələ yayda nəzərdən keçirsə də, o zaman başqa variantlara üstünlük vermişdi.
Bu transferdə A Seriyası klublarını çətin vəziyyətə salan əsas amil cənubi koreyalı futbolçunun yüksək maaşıdır. Onun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



