İtaliya klubu Nestanı “sükan arxasına” qaytarmağı planlaşdırır
Salvatore Boketti “Monza”nın baş məşqçisi vəzifəsindən qovulmaq ərəfəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Bokettinin istefası ilə bağlı artıq qərar verib. Mövsümə komandanın “sükanı arxasında” başlayan Alessandro Nestanın bu posta qaytarılması imkanı nəzərdən keçirilir.
Boketti 2024-cü il dekabrın 23-dən “Monza”ya başçılıq edir və onunla 2027-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. Komanda onun rəhbərliyi altında keçirilən 7 görüşdə 6 məğlubiyyət alıb və 1 qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin