“İtaliya futbolu böyük məşqçini itirdi” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Joze Mourinyonun “Roma”dan qovulmasına münasibət bildirib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Mourinyoya uğurlar arzulayıb:
“İtaliya futbolu öz işini yaxşı görən böyük məşqçini itirdi. Həm ona, həm də məşqçilik səyahətinə yenicə başlayan Daniele de Rossiyə uğurlar arzulayıram”.
Mourinyo dünən “Roma”nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib. O, 2021-ci ilin may ayından İtaliya təmsilçisini çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin