A Seriyasının yayım hüquqları satıldı – 840 milyon avroya
İtaliya Futbol Federasiyası A seriyasının 2021-2024-cü illər üçün yayım hüququnu DAZN şirkətinə satıb.
Komanda.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. A Seriyası iştirakçıları arasında keçirilən səsvermədə 20 klubdan 16-sı matçların DAZN tərəfindən yayımlanmasını dəstəkləyib. Beləliklə, şirkət 2021-2024-cü illərdə çempionatın hər bir turunda 10 matçın hamısını yayımlaya biləcək. Lakin həmin qarşılaşmalardan yalnız 7-si onların xüsusi yayımı olacaq.
Qalan 3 oyunu canlı efirə vermək istəyən digər şirkət “Sky İtalia” 70 milyon avro təklif edib. Bu məsələ ilə bağlı müzakirə aparmaq üçün tərəflər martın 29-da yenidən görüşəcək.
DAZN yayım hüquqlarının qarşılığında İtaliya Futbol Federasiyasına 840 milyon avro ödəyəcək.
Bunadək A seriyası matçlarını DAZN və “Sky İtalia” yayımlayırdı. Hazırda çempionatda lider “İnter” klubudur.
Bizi Facebook-da izləyin