İtaliya Fransanı məğlub etdi, Türkiyə heç-heçə ilə başladı
UEFA Millətlər Liqasında 1-ci tur davam edir.
Komanda.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqalarının ümumilikdə 8 matçı keçirilib.
A Liqasında İtaliya Fransanı, Belçika isə İsrailli 3:1 hesabı ilə məğlub edib.
B Liqasında qardaş ölkə Türkiyənin milli komandası Uelslə qarşılaşıb. Matçın son yarım saatını azlıqda keçirən “ay-ulduzlular” səfərdən 1 xalla ayrılıb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr
A Liqası, 2-ci qrup
Fransa – İtaliya 1:3
Qollar: Barkola, 1 – Dimarko, 30. Frattezi, 51. Raspadori, 74.
Belçika – İsrail 3:1
Qollar: De Bröyne, 21; 52. Tilemans, 48 – Kastan, 36-öz qapısına.
B Liqası, 3-cü qrup
Qazaxıstan – Norveç 0:0
Sloveniya – Avstriya 1:1
Qollar: Şeşko, 16 – Laymer, 28.
B Liqası, 4-cü qrup
Uels – Türkiyə 0:0
İslandiya – Monteneqro 2:0
Qollar: Oskarsson, 39. Torsteynsson, 58.
C Liqası, 2-ci qrup
Litva – Kipr 0:1
Qol: Pittas, 34.
Kosovo – Rumıniya 0:3
Qol: Man, 40. Marin, 51-pen; 82.
Bizi Facebook-da izləyin