İtaliya çempionatının oyunu daşqın səbəbindən təxirə salındı
Futbol üzrə İtaliya A Seriyasının 9-cu turunun “Bolonya” – “Milan” matçı daşqın səbəbindən təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə yerli Futbol Federasiyası məlumat yayıb.
Bu gün keçirilməli olan oyunun hansı tarixdə baş tutacağı bəlli deyil.
Ötən həftə Bolonyada bir neçə saat güclü yağış yağması səbəbindən, çaylar daşıb və küçələri su basıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin