
Roma Papası öldü, oyunlar təxirə salındı
İtaliya çempionatının aprelin 21-nə planlaşdırılan oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası rəsmi açıqlama yayıb.
Təxirə salınan matçların tarixləri daha sonra açıqlanacaq.
Bazar ertəsi A Seriyasında keçirilməsi planlaşdırılan oyunlar “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Genoa” – “Latsio” və “Parma” – “Yuventus” matçları idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



