İtaliya çempionatının 20 oyunu koronavirusa görə təxirə salındı

Futbol üzrə İtaliya B Seriyasında 19-cu və 20-ci turun oyunları təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Belə radikal qərarın qəbul olunmasına bəzi komandalarda koronavirusa yoluxma hallarının kəskin artması səbəb göstərilib. Bu üzdən iki turun ümumilikdə 20 qarşılaşmasının vaxtı dəyişdirilib. Matçların yeni tarixi hələlik açıqlanmayıb.

B Seriyasında 19-cu turun görüşləri dekabrın 26-da, 20-ci turun matçları isə ayın 29-da keçirilməli idi. Çempionat yanvarın 15-də keçiriləcək 21-ci turun oyunları ilə bərpa olunacaq. Bundan iki gün öncə – yanvarın 13-də isə əvvəlki turlardan təxirə salınmış “Benevento” – “Monza” və “Leççe” – “Viçentsa” matçlarının keçirilməsi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button