A Seriyasının 9 klubu məşqlərin bərpasından imtina etdi
İtaliya A Seriyasının 9 klubu liqa rəhbərliyinin mövsümə başlamazdan əvvəl tətbiq edəcəyi tibbi protokollardan narazıdır.
Komanda.az xəbər verir ki, A Seriyası rəhbərliyi, bir üzvündə koronavirus aşkarlanacaq klubun 15 günlük karantinə alınacağıyla bağlı protokol tərtib edib. 9 A Seriyası klubu isə bütün komandanın karantinə alınmasının tərəfdarı deyil. Onlar sadəcə koronavirusa yoluxan şəxsin karantinə alınmasını istəyir.
A Seriyasının 9 klubu tibbi protokola narazılıqlarını bildirərək, məşqlərin bərpasından imtina edib. Bunlar “Milan”, “İnter”, “Napoli”, “Verona”, “Kalyari”, “Fiorentina”, “Atalanta”, “Cenoa” və “Sampdoriya”dır.
İtaliya A Seriyasının iyunun 13-də bərpa olunacağı açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin