A Seriyası matçında 23 yaşlı azarkeşin ürəyi dayandı
İtaliya A Seriyasının 17-ci turu çərçivəsində keçirilən “Roma” – “Spetsiya” matçında xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada romalı bir fanatın ürəyi dayanıb. Həkimlər 23 yaşlı azarkeşə tez müdaxilə edib.
Onun həyatını defibrilyatorla xilas etmək mümkün olub və azarkeş xəstəxanaya aparılıb.
“Roma” – “Spetsiya” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin