“Latsio”da müvəqqəti baş məşqçi

İtaliyalı mütəxəssis Mauritsio Sarrinin “Latsio”nun baş məşqçisi postundan istefa verdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı da məlumat yayıb.

Klub əldə olunan məqsədlərə və görülən işlərə görə Sarriyə təşəkkür edib, ona şəxsi və peşəkar uğurlar arzulayıb.

“Latsio” rəhbərliyi baş məşqçi postunu müvəqqəti olaraq Covanni Martuşelloya həvalə etmək qərarına gəldiyini də açıqlayıb. O, əvvəllər “Yuventus”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

“Latsio” son 4 matçda 4 məğlubiyyət alıb. Komanda A Seriyasında “Fiorentina” (1:2), “Milan” (0:1) və “Udineze”yə (1:2), Çempionlar Liqasında “Bayern”ə məğlub olub (0:3).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button