A Seriyası: Yeni mövsümün püşkü atıldı
İtaliya A Seriyasında yeni mövsümün püşkü atılıb.
Komanda.az xəbər verir ki, son çempion “İnter” ilk turda doğma meydanda “Cenoa” ilə qarşılaşacaq. “Yuventus” “Udineze”, “Atalanta” isə “Torino” səfərinə yollanacaq.
Baş məşqçi postuna Joze Mourinyonu gətirən “Roma”nın ilk sınağı “Fiorentina”ya qarşı olacaq. “Napoli” “Venetsiya”, “Milan” isə “Sampdoriya” ilə qarşılaşacaq.
A Seriyasında yeni mövsüm avqustun 22-də başlayacaq. Son turun oyunları 2022-ci il mayın 22-də keçiriləcək.
İtaliya A Seriyası, 1-ci tur
22 avqust
Bolonya – Salernitana
Kalyari – Spetsiya
Empoli – Latsio
Verona – Sassuolo
İnter – Cenoa
Roma – Fiorentina
Napoli – Venetsiya
Sampdoriya – Milan
Torino – Atalanta
Udineze – Yuventus
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin