Lukakunun karyerasındakı ən yaxşı şey
İtaliya A Seriyasında sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirən “İnter”in hücumçusu Romelu Lukaku açıqlama verib.
Komanda.az xəbər verir ki, “Football İtalia” nəşrinə danışan belçikalı hücumçu, “İnter”də oynamaqdan qürur duyduğunu deyib:
“Dünyadakı bütün “İnter” azarkeşlərini, komandamı, rəhbərliyi təbrik edirəm. Çox xoşbəxtəm. Bizim üçün möhtəşəm il oldu. “İnter”də oynamaqdan qürur duyuram. Skudettonu qazanmaq karyeramda yaşadığım ən yaxşı şeydir. Hər kəsə təşəkkür etmək istəyirəm, həqiqətən, çox xoşbəxtəm”.
Lukaku bu mövsüm “İnter”lə A Seriyasında 33 oyunda 21 qol vurub, 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin