A Seriyasında azarkeşlərlə bağlı yeni qərar
İtaliya A Seriyasında son zamanlar ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq olunub.
Komanda.az xəbər verir ki, qəbul edilən qərara əsasən, yanvarın sonuna qədər çempionat matçlarına 5 min azarkeş buraxılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İtaliya A Seriyasında bu gün 21-ci turun matçları keçiriləcək. Yeni məhdudiyyətlər 22-ci turdan etibarən tətbiq olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin