
Simeonenin oğlu ən yaxşı seçildi
İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Verona”nın hücumçusu Covanni Simeonedir. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Simeone ötən ay iştirak etdiyi 5 oyunda 7 qol vurub.
26 yaşlı hücumçu “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin