A Seriyası dayandırıla bilər – koronavirusa görə

İtaliya A Seriyasında mövsüm dayandırıla bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya səhiyyə nazirinin müavini Sandra Zampa yerli mətbuata açıqlamasında deyib. O, son günlərdə klubların əməkdaşları arasında virusa yoluxanların sayının artması səbəbindən çempionatın dayandırılmalı olduğunu bildirib:

“Çempionat dayandırılmalıdır. Bu qədər çox yoluxma faktı qeydə alınanda futbol dayanmalıdır”.

Son olaraq A Seriyası təmsilçisi “Cenoa”da 13 nəfərdə koronavirus aşkarlanıb. Bundan əvvəl “Torino”, “Parma”, “Breşiya”, “Roma”, “Milan” kimi klubların da əməkdaşlarında koronavirus aşkarlanmışdı.

A Seriyasında iki turun oyunları keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button