A Seriyasında klubların sayı azaldıla bilər
İtaliya A Seriyasında klubların sayı 20-dən 18-ə azaldıla bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, liqanın prezidenti Lorentso Kazini bununla bağlı qeyri-rəsmi danışıqlara başlayıb.
Liqada komanda sayının azaldılmasının tərəfdarı olanlar əsasən A Seriyasının aparıcı klublarıdır. Onların nümayəndələri UEFA Çempionlar Liqasının (ÇL) yeni formatına görə bunu zəruri hesab edirlər. Çünki 2024/2025 mövsümündən ÇL ilə əlaqədar ölkə çempionatının təqvimi sıxlaşacaq.
Komanda sayının azaldılması üçün A Seriyasının ən azı 14 klubu razılıq verməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin