İtaliya A Seriyasında yeni mövsümün təqvimi açıqlandı

İtaliya A Seriyasında 2020/21 mövsümünün təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. A Seriyasında yeni mövsümə sentyabrın 20-də start veriləcək.

Son çempion “Yuventus” ilk turda “Sampdoriya”nı qəbul edəcək. “İnter” “Benevento”, “Milan” isə “Bolonya” ilə qarşılaşacaq.

Turun mərkəzi görüşü paytaxt Romada keçiriləcək. Son mövsümün sürpriz komandalarından olan “Atalanta”, ilk turda səfərdə “Latsio”nun qonağı olacaq.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

İtaliya A Seriyası, 1-ci tur

Benevento – İnter
Fiorentina – Torino
Cenoa – Krotone
Yuventus – Sampdoriya
Milan – Bolonya
Latsio – Atalanta
Parma – Napoli
Sassuolo – Kalyari
Udineze – Spetsiya
Verona – Roma

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button