A Seriyasının bərpa olunacağı vaxt bilindi

İtaliya A Seriyasında 2019/20 mövsümü bərpa olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, mövsümün qalan hissəsinin mayın 3-dən başlayacağı bildirilib. Mövsümə iyunun 30-da yekun vurulacaq.

İtaliyada koronavirus pandemiyasına görə A Seriyası dayandırılıb.

“Sampdoriya”dan yeddi, “Fiorentina”dan üç, “Yuventus”dan isə bir futbolçunun koronavirus testi müsbət çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button