İtaliyada mövsümün ən yaxşıları bilindi
İtaliya A Seriyasında 2018/19 mövsümünün müxtəlif nominasiyaları üzrə ən yaxşı futbolçular məlum olub.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, cari mövsümün ən yaxşı hücumçusu “Sampdoriya”dan Fabio Kvalyarella seçilib. 36 yaşlı forvard A Seriyasında 37 turdan sonra 26 qolla bombardirdir.
Ən yaxşı qapıçı “İnter”dən Samir Handanoviç, müdafiəçi “Napoli”dən Xalidu Kulibali, yarımmüdafiəçi isə “Latsio”dan Sergey Milinkoviç-Saviç seçilib. Mövsümün ən yaxşı gənc futbolçusu isə “Roma”dan 19 yaşlı yarımmüdafiəçisi Nikola Zaniolo olub.
Mövsümün ən yaxşı futbolçusu isə “Yuventus”dan Kriştiano Ronaldo seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin