İtaliya 65, İngiltərə 94 il idi belə aqibətlə üzləşmirdi

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində ötən gecə Almaniya ilə Macarıstana böyük hesabla uduzan İtaliya və İngiltərə milli komandaları uzun müddətdən sonra ağır məğlubiyyətlə üzləşiblər.

Komanda.az xəbər verir ki, “Skuadra Adzurra” 1957-ci ildən sonra ilk dəfə ən azı 5 top buraxaraq yenilib. Bu komanda 65 il əvvəl Mərkəzi Avropa Kuboku matçında keçmiş Yuqoslaviyaya 1:6 hesabıyla uduzmuşdu. Ötən gün Almaniya ilə səfər matçında isə 2:5 hesablı məğlubiyyət qeydə alınıb.

İngiltərə isə 94 ildən sonra öz meydanında uğursuzluğa düçar olub. Sonuncu dəfə 1928-ci ildə “Uembli” stadionunda Şotlandiya yığmasına 1:5 hesabı ilə yenilmiş “Dumanlı Albion” təmsilçisi yenidən 4 top fərqi ilə uduzub. Macarlar səfərdə 4:0 hesabıyla üstün olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button