
İsveçrə tarixi rekorda şərik oldu
İsveçrə yığması DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Serbiyanı məğlub edib (2:3).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 qolun vurulduğu qarşılaşmadan sonra İsveçrə millisi yeni rekorda imza atıb. Onlar 2014-cü ildən bəri qatıldıqları bütün böyük turnirlərin (Avropa və dünya çempionatı) 1/8 final mərhələsinə adlarını yazdıra biliblər.
Avropa təmsilçilərindən yalnız Fransa eyni nəticəni göstərə bilib.
DÇ-2022-nin pley-off mərhələsində İsveçrə Portuqaliya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin