İsveçrə millisinin sabiq üzvü “Cenoa”da

İsveçrə millisinin sabiq üzvü Valon Behrami karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Cenoa” klubuna keçib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, A Seriyası təmsilçisinin yaxın zamanda bu transferi rəsmən açıqlayacağı bildirilib.

Karyerası ərzində “Fiorentina”, “Latsio”, “Napoli”, “Uotford”, “Hamburq” kimi klublarda forma geyinən Behraminin son iş yeri İsveçrə “Syon”u olub.

Behrami 83 dəfə formasını geyindiyi İsveçrə yığmasında 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button