AÇ-2020: “Türkiyə yığmasının zamana ehtiyacı var”

İsveçrə milli komandasının futbolçusu Cerdan Şakiri AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Türkiyə yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Şakiri, 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Türkiyənin zəif tərəflərini bilirdik. Onların üstünə getdik və qələbə qazandıq. Türkiyə yığması uzun müddət idi ki, böyük turnirlərdə oynamırdı. Gənc heyətləri var. Türkiyə yığmasının zamana ehtiyacı var. Növbəti turnirlərdə daha yaxşı olacaqlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button