
Super Liqa klubu koronavirusa görə futbolçularıyla yollarını ayırdı
İsveçrənin “Syon” klubunun prezidenti Kristian Konstantin maliyyə məsələlərinə görə 9 futbolçunun müqaviləsini təktərəfli ləğv edib.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, koronavirus pandemiyasına görə “Syon” klubunun 9 futbolçu ilə yollarını ayırdığı bildirilib. Komandada qalmaq istəyənlər isə məvaciblərində endirimə razı olmalıdırlar.
İsveçrə Futbol Federasiyası Super Liqa təmsilçisinin belə davranışını qınayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin