“Belə çətin olacağını bilirdik” – “Bazel”in futbolçusu
İsveçrənin “Bazel” komandasının futbolçusu Haynts Lindner Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, avstriyalı qapıçı, 0:0 hesabıyla bitən oyunun nəticəsindən razı qaldığını deyib:
“İkinci hissədə güclü təzyiqlə qarşılaşdıq. Belə çətin olacağını bilirdik. Buna görə də, nəticədən razı qala bilərik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin