
İsveçrəli futbolçu ABŞ klubundan ayrıldı
ABŞ-ın “Çikaqo Fayr” klubu Cerdan Şakiri ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəli yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
32 yaşlı oyunçu 2022-ci ildən MLS-də çıxış edirdi. O, cari il meydana çıxdığı 12 oyunda 2 qol vurmağı bacarıb.
Şakiri ötən ay İsveçrə millisindəki karyerasını başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin