İsveçrə millisi də 1/8 finala adladı

Bu gün Avropa çempionatında qrup mərhələsinin 3-cü turuna start verilib.

Komanda.az xəbər verir ki, A qrupunda iki oyun keçirilib.

1/8 final mərhələsinə vəsiqəni daha öncə təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb

Qrupun digər matçında isə Şotlandiya ilə Macarıstan üz-üzə gəlib. Yekunda Macarıstan millisi 1:0 hesablı qələbə qazanıb.

Bu oyunlardan sonra A qrupunun 2-cisi də bəlli olub. İsveçrə yığması 2-ci, Macarıstan 3-cü, Şotlandiya 4-cü yeri tutub.

1/8 finalda Almaniya C qrupunun (İngiltərə, Danimarka, Sloveniya, Serbiya) 2-cisi, İsveçrə isə B qrupunun (İspaniya, İtaliya, Albaniya, Xorvatiya) 2-cisi ilə qarşılaşacaq.

AÇ-2024
A qrupu

23 iyul

İsveçrə – Almaniya 1:1
Qollar
: Ndoye, 28 – Fullkruq, 90+2.

23:00. Şotlandiya – Macarıstan – 0:1
Qol
: Çobot, 90+10.

Xallar: Almaniya – 7. İsveçrə – 5. Macarıstan – 3. Şotlandiya – 1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button