Bakıda qol vuran hücumçu “Tottenhem”in hədəfində
İsveçrə milli komandasının və “Benfika”nın futbolçusu Haris Seferoviç karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu ilə “Tottenhem” klubu yaxından maraqlanır. Bu barədə “The Mirror” nəşri məlumat yayıb. “Benfika” Seferoviç üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.
Seferoviç “Benfika” ilə ümumilikdə 173 oyuna çıxıb və 69 qol vurub.
Hücumçu İsveçrə yığması ilə AÇ-2020-də iştirak edib. Seferoviç Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə – Türkiyə matçında (3:1) bir qol vurub.
İsveçrə yığması 1/4 finalda İspaniyaya məğlub olub və mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin