“Arsenal”ın keçmiş futbolçusu karyerasını bitirdi
İsveçrə milli komandasının və “Arsenal”ın keçmiş futbolçusu Yohan Djuru karyerasını bitirib.
Komanda.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə “instagram” hesabında paylaşım edib. O, 17 illik futbolçu karyerasını bitirdiyini deyib.
Djuru karyerası ərzində Almaniyada “Hamburq”, “Hannover”, İngiltərədə “Arsenal”, “Birmingem”, İtaliyada SPAL, Türkiyədə “Antalyaspor” kimi klublarda çıxış edib. Müdafiəçinin son klubu Danimarka “Norşelland”ı olub.
Djuru İsveçrə millisində 76 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin