“Monako”dan ayrılan futbolçu karyerasını bitirdi
İsveçrə milli komandasının sabiq futbolçusu Dieqo Benalyo karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı qapıçı yerli mətbuata açıqlamasında deyib.
Karyerası ərzində “Ştutqart”, “Volfsburq” kimi komandalarda forma geyinən Benalyonun son klubu “Monako” olub. O, bir müddət əvvəl Fransa klubu ilə vidalaşmışdı.
2006-cı ildə İsveçrə millisində debüt edən Benalyo, yığmada 61 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin