İsveçrə millisinin futbolçusu Türkiyə klubunda
İsveçrə milli komandasının futbolçusu Mario Qavranoviç karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, son olaraq Xorvatiyanın “Dinamo” komandasında çıxış edən 31 yaşlı hücumçu “Kayserispor”la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qavranoviç yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.
İsveçrəli futbolçu 2018-ci ilin yanvarından “Dinamo”da çıxış edirdi. O, Zaqreb təmsilçisi ilə 132 oyunda 48 qol vurub.
Qavranoviç İsveçrə millisində 35 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin