AÇ-2020: “Türkiyə ilə oyun son şansımızdır”
İsveçrə milli komandasının futbolçusu Manuel Akanci AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Türkiyə yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi, Türkiyə ilə oyunun son şansları olduğunu deyib:
“Futbolda işlər çox tez dəyişir. Türkiyə ilə oyun son şansımızdır. Ən azından bir şansımızın olması çox vacibdir. Hər birimiz nəsə etmək istəyirik. Daha əvvəl nələrə qadir olduğumuzu göstərmişik. Təzyiq altında olmağımız bəlkə də, yaxşıdır. Yaxşı oyun sərgiləyib, qələbə qazanacağımıza əminəm”.
İyunun 20-də, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin