AÇ-2020: “Turniri başımız dik tərk edirik”
İsveçrə milli komandasının baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin 1/4 final mərhələsində İspaniya yığmasına məğlub olduqları oyundan (1:1, penaltilər 1:3) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Petkoviç, futbolçuları ilə qürur duyduğunu deyib:
“İspaniyanı təbrik edirəm. Hədəflərinə çatmaq üçün hər şey etdilər və penaltilərlə qazana bildilər. Futbolçularımla qürur duyuram. Onların hər biri qəhrəmandır. Yarımfinala çıxmağa layiq idik.
Fərqli hisslər yaşayıram. Qürur duyuram, hamımız qürur duymalıyıq. Turniri başımız dik tərk edirik. Yarımfinala çox yaxın olsaq da, alınmadı. Mənfi şeylərdən çox, müsbət hisslər var. Bütün futbolçular qəhrəmandır. Çünki onlar bu oyunu penaltilərə qədər gətirə bildilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin