AÇ-2020: “Tarix yazdıq, bütün İsveçrə bizimlə qürur duymalıdır”
İsveçrə milli komandasının futbolçusu Qranit Caka AÇ-2020-nin 1/8 finalında Fransa yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Caka, 1/4 finala yüksələrək tarix yazdıqlarını deyib:
“Hesabı 2:0 edib, daha tez bitirə bilərdik. Möhtəşəm geridönüş etdik. Tarix yazdıq, bütün İsveçrə bizimlə qürur duymalıdır.
İndi qarşıda İspaniya ilə oyunumuz var. Orda daha yaxşı performans sərgiləməli olacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin