İsveçrə – Azərbaycan matçının yeri və vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə – Azərbaycan oyununun yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 2-ci qrupda mübarizə aparan yığmamızın son matçı Tyun şəhərindəki “Tyun Arena”da baş tutacaq.
Öncədən martın 26-da keçirilməli olan, lakin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan görüş noyabrın 12-də baş tutacaq. 10 min tamaşaçı tutumuna malik stadiondakı qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, indiyə qədər keçirdiyi 7 oyunda 6 xal toplayan millimiz seçmə mərhələdəki son üç matçını səfərdə keçirəcək. İsveçrə ilə görüşdən öncə yığmamız oktyabrın 8-də Nitra şəhərindəki “Nitra” stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstanla qarşılaşacaq.
Bizi Facebook-da izləyin