İbrahimoviç ona görə “Milan”dan ayrılacaq

İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”la müddəti bitməkdə olan müqaviləsini yeniləmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Buna səbəb, İbrahimoviçin klubun icraçı direktoru İvan Qazidislə münasibətlərinin pis olmasıdır. 38 yaşlı hücumçunun funksionerlə mübahisə etdiyi bildirilir.

İbrahimoviçin Qazidisə görə “Milan”la yeni müqavilə imzalamayacağı və İsveçə qayıdacağı gözlənilir.

2020-ci ilin yanvarından “Milan”da çıxşı edən İbrahimoviçin müqaviləsinin müddəti bu ayın sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button