İbrahimoviçin “Milan” sevgisi
İsveçli hücumçu Zlatan İbrahimoviç “Milan”da qalmaq istəyir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu özü açıqlama verib. İbrahimoviç özünü “Milan”da yaxşı hiss etdiyini və burda qalmaq istədiyini bildirib:
“Özümü “Milan”da yaxşı hiss edirəm və yeni müqavilə məsələsinə müsbət yanaşıram. Komandada yaxşı atmosfer yaratmışıq və buna görə də uğur qazanırıq. Komandada oynamağa davam etmək istəyirəm”.
İbrahimoviç “Milan”la bu mövsüm 23 oyunda 17 qol vurub. Hücumçunun “qırmızı-qaralar”la müqaviləsi yaya qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin