İbrahimoviçə 1,5 illik təklif
İsveçli hücumçu Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 38 yaşlı hücumçuya “Milan” klubu “elçi düşüb”. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə “Milan” rəhbərliyinin İbrahimoviçin meneceri Mino Rayola ilə görüşdüyü bildirilir. “Qırmızı qaralar” isveçli hücumçuya 1,5 illik müqavilə təklif etməyə hazırlaşır.
2010-2012-ci illər aralığında “Milan” formasını geyinən İbrahimoviç 85 oyuna 56 qol vurub.
Hazırda “Los Anceles Qalaksi”yə məxsus olan hücumçunun müqaviləsi dekabrın sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin