“Mən olmasaydım, PSJ indiki vəziyyətə gəlməzdi” – İbrahimoviç
İsveçli hücumçu Zlatan İbrahimoviç açıqlama verib.
Komanda.az “Telefoot”a istinadən xəbər verir ki, hazırda İtaliyanın “Milan” klubunda çıxış edən 40 yaşlı futbolçu, 2012-ci ildə Fransa PSJ-si ilə müqavilə imzalaması haqda danışıb:
“PSJ alınanda klubla müqavilə imzalayan ilk futbolçu mənəm. Bununla çox fəxr edirəm. Mən olmasaydım, PSJ indiki vəziyyətə gəlməzdi. Bəziləri düşündü ki, mən pula, şəhərə görə Parisə getdim. Xeyr, mən Parisə hər şeyi dəyişmək üçün getdim”.
İbrahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib. Hücumçu Paris klubunda 180 oyunda 156 qol, 61 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin