“O, fərq yaradan futbolçudur” – İbrahimoviç
İsveçli hücumçu Zlatan İbrahimoviç ən çox bəyəndiyi futbolçunun adını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı hücumçu, verdiyi müsahibədə PSJ-dən Kilian Mbappeni bəyəndiyini deyib:
“Mən oynadığım zaman hər kəs mənim oyun tərzimi təkrarlamağa çalışırdı. Çox yaxşı oyun tərzim var idi. Əvvəllər televizorda oyunları izləyirdim. İndi izləmirəm, ancaq bəyəndiyim futbolçu Kilian Mbappedir. O, fərq yaradan futbolçudur. 19 yaşı var və ulduz olmaq üzrədir. Ümid edirəm ki, onun futbol aclığı daha çox davam edər. Əsas olan bütün diqqətini ancaq meydana yönəltməsidir. Bu, bəzən çox çətin olur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin