İsveçli hücumçu “Nyukasl”la müqaviləni yeniləmək istəmir

“Nyukasl”ın hücumçusu Aleksander İsak klubla yeni müqaviləyə razılıq vermək fikrində deyil.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ilkin danışıqlar isveçli futbolçunun əməkdaşlığı uzatmaq istəmədiyini nümayiş etdirib.

İsakın müqaviləni uzatmaq istəməməsinin əsas səbəbi UEFA Çempionlar Liqasında oynamaq istəyi və “Nyukasl”ın bu istiqamətdə qeyri-müəyyən perspektivləridir.

Danışıqlar yayda dalana dirənib və hazırda yeni müqavilə ilə bağlı müzakirələr aparılmır. Çünki həm klub, həm də oyunçu bunu yersiz hesab edir. Vəziyyəti 25 yaşlı forvardla maraqlanan “Arsenal” yaxından izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button