İsak gələcəyi ilə bağlı qərarını verib

“Nyukasl”ın hücumçusu Aleksander Isak artıq rəhbərliyə gələcəyi ilə bağlı qərarını bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını başqa bir klubda davam etdirmək istəyir və transfer imkanlarını dəyərləndirməyə hazırdır.

İsveçli forvard klubun yay toplanışına bud nahiyəsindəki zədə səbəbindən qatılmayıb. Mətbuatda onun adı “Liverpul”la hallanır, ancaq “Nyukasl”ın yüksək maliyyə tələbləri bu keçidə mane ola bilər. Ona Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da maraq göstərir.

25 yaşlı futbolçu “Nyukasl”ın heyətində indiyədək 109 oyun keçirib, 62 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button