İsveçli futbolçu “Barselona”da – Rəsmi

Vinger Runi Bardqi “Kopenhagen”dən “Barselona”ya keçib.

Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçli futbolçu ilə müddəti 2029-cu il iyunun 30-na kimi olan müqavilə imzalanıb.

Daha əvvəl Bardqinin alınmasının “Barselona”ya təxminən 2 milyon avroya başa gəldiyi barədə məlumatlar yayılıb.

Bardqi son mövsümdə 6 matçda iştirak edib və heç bir qol vurmayıb. O, çarpaz bağın yırtılması səbəbindən mövsümün çox hissəsini buraxıb. 19 yaşlı futbolçu ümumilikdə “Kopenhagen”də 84 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button