İsveç yığmasında itki – Azərbaycanla oyunu buraxacaq
İsveç millisinin futbolçusu Lüdviq Auqustinsson evdə Azərbaycana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, buna 29 yaşlı futbolçunun Belçika ilə matçda (0:3) zədələnməsi səbəb olub.
Yığmanın düşərgəsini tərk edən “Malyorka”nın oyunçusunu “Uotford”un futbolçusu Ken Sema əvəz edib.
Martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin