İsveç yığması dünya üçüncüsü oldu

Qadın futbolçulardan ibarət milli komandalar arasında İtaliyada təşkil olunan dünya çempionatı başa çatmaq üzrədi.

Komanda.az xəbər verir ki, bu gün üçüncü yer uğrunda oyun keçirilib.

Bürünc medallar uğrunda yarımfinalda məğlub olan kollektivlər – İngiltərə və İsveç yığmaları qarşılaşıb. Rəqibinə 2:1 hesabıyla qalib gələn isveçlilər DÇ-2019-u üçüncü pillədə başa vurublar.

İsveç yığması üçüncü dəfədi DÇ-də bürünc medala sahib çıxır. Sözügedən komanda 1991 və 2011-ci illərdə də mundialın üçüncüsü olmuşdu.

DÇ-2019-un sabah keçiriləcək final oyununda isə Hollandiya və ABŞ yığmaları üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button